Google Azərbaycan fəaliyyətini dayandırıb?


Ümumiyyətlə, Google Azərbaycan
istifadəçiləri üçün əlçatmaz olub. Səbəb, çox guman ki, Google tərəfindən vaxtında ödənilməyən
150 000 manatlıq borc olub. Xəbər.Net keçən il oxucularına Google haqqında bir sevindirici xəbər çatdırmışdı. Bu xəbər ilə bu ünvanda tanış ola bilərsiniz – http://www.xeber.net/view.php?d=24124

Azərbaycan dilində tərcümə olunmuş Google sistemi Azərbaycan ərazisində olan İnternet istifadəçiləri üçün www.google.az ünvanında fəaliyyət göstərirdi.
Google.com ünvanına daxil olan şəxsin IP ünvanı Azərbaycana aid olduqda, o, avtomatik olaraq Google.az ünvanına yönəlirdi. Bu yönəlmə indi də aktivdir, lakin iş
ondadır ki google.az ünvanı artıq mövcud deyil. Whois serverlərinin məlumatına əsasən, google.az DNS bazasından silinib. Adətən, domenin fəaliyyəti sahibi tərəfindən domenin illik texniki xərci ödənilmədiyi üçün dayandırılır. Xatırladaq ki illik texniki xərc sadəcə 150 000 manat (30 ABŞ dolları) təşkil edir. Beləliklə, Google axtarış sistemi Azərbaycan istifadəçisi üçün, faktiki olaraq, bağlandı. Mümkün səbəb isə, Google şirkətinin 150 000 manatlıq borcu olmasıdır.

P.S. Faydalı məsləhət, Google.com ünvanından daxil olduqda işləməyən Google.az ünvanına yönəlmə
problemini həll etmək üçün birbaşa http://www.google.com/search keçidindən istifadə edin.

xeber.net