Astronomik layihədə iştirak edən könüllü yeni asteroid kəşf etmişdir. Axtarış Kitt Peak Milli rəsədxanansının teleskopu ilə çəkilmiş minlərlə şəkildən ibarət olan məlumatlar bazasında aparılmışdır. Stü Meqan (Stu Megan) Arizona Universitetinin SpaceWatch proqramı çərçivəsində kosmosun fotoşəkilləri ilə tanış olmuşdur. İstənilən şəxs universitetin saytından fotoşəkilləri yükləyə bilər və xüsusi metodika ilə layihədə iştirak edə bilər. 2003-cü ilin oktyabrında başlanan layihə üztə Stü Meqan 6500-dən çox fotoşəkillə tanış olmuşdur.
Meqan bu proqram çərçivəsində ilk dəfə səma cismini kəşf edənlərdən olmuşdur. Onun kəşfi Kiçik Planetlər Mərkəzi tərəfindən rəsmi qeydiyyata alınmış və asteroidə “2004 BV18” adı verilmişdir.
В«Bu çox gözəldir və bu muddət ərzində mən ancaq şəkillər ilə tanış olurdumВ», deyə Stü Meqan Associated Press agentliyinə bildirmişdir.
SpaceWatch proqramının direktoru Robert MakMillan bildirmişdir ki, bu asteroid yer kürəsindən 1,2 million mil uzaqlaşmışdır və onun ölçüləri 60×120 futa (20 x 40 metrə) bərabərdir. Əgər o Yer kürəsinin yanından keçsəydi, əlbəttə ki atmosferdə yanamış olardı.
Qeyd etmək istərdik ki, SpaceWatchproqramının əsas məqsədi Yer kürəsinin trayektoriyası ilə toqquşan və diametr ölçüləri bir kilometrdən çox olan səma cisimlərinin aşkar olunmasından ibarətdir. Belə cisimlərlə toqquşduqda dünyada qlobal həcmdə fəlakətə səbəb ola bilər.